Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, "Mersedes" markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb.
Faktla bağlı araşdırma aparılır.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək