Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun iştirakı ilə “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində keçirilən üçtərəfli və beştərəfli görüşlər müsbət atmosferdə keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.
"Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində Şarl Mişelin yardımı ilə üçtərəfli formatda, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən görüşlər qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçib. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb", - deyə H.Hacıyev bildirib
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək