Egey dənizindəki Xios adasından 9 mil uzaqlıda Vanuatu bayrağı altında üzən, Türkiyə vətəndaşına məxsus ANT adlı gəmi Sinqapurun POTENTIA gəmisi ilə toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrasturktur Nazirliyi məlumat yayıb.
Nəticədə ANT gəmisinə su sızdığı bildirilib.
Məlumata görə, ANT gəmisinin ekipaj heyətindən 13 nəfəri Türkiyə vətəndaşıdır.
Qəza ilə bağlı informasiya alındıqdan sonra Türkiyənin Baş Axtarış-Xilasetmə Koordinasiya Mərkəzi əvvəlcə yaxınlıqdakı ticarət gəmilərini, ardınca isə Dəniz Qüvvələri Komandanlığı və Sahil Təhlükəsizlik Xidmətininin müvafiq strukturlarını əraziyə yönləndirib.
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi
- Bağlanan özəl universitetin binası BDU-ya verildi
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək