Almaniya kansleri Olaf Şolts ötən gecə Berlində hakim Almaniya Sosial Demokratlar partiyasının avropapərəst mitinqində çıxış edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, tədbirə gələn və Ukraynaya silah verilməsinin əleyhinə şüarlar səsləndirən 100-ə yaxın rusiyapərəst fəal Şoltsu fitə basmağa çalışıblar:
"Onlar Almaniya kanslerini “müharibəpərəst", “yalançı”, “quldur” adlandırıblar və “silahsız dünya” tələb ediblər".
Şolts isə onlara cavabında bildirib ki, müharibəni qızışdıran Putindir:
"O, 200 min əsgərlə Ukraynanı işğal edib. Putin Ukraynanı dağıtmaq və ələ keçirmək istəyir".
Kansler Rusiyanın aqressiv müharibəsinə görə Ukraynaya dəstək verməkdən başqa alternativ görmədiyini vurğulayıb:
“Bəli, zəruridir, əgər bir ölkəyə hücum edilirsə, o zaman ölkə özünü müdafiə edə bilər”.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp