Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi rayonlarda leysan yağış və dolu yağır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarında güclü küləklə müşahidə olunan yağış yağıb.
Bir neçə kəndlərə dolu düşüb. Küləkli hava səbəbindən Qazax və digər rayonların bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bundan başqa, Şəmkirdə də elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, bölgədə güclü ildırım da çaxır. Küləkli hava şəraiti həmçinin Gəncə şəhərində də müşahidə olunur.
Əsən güclü külək səbəbindən Bakı-Qazax magistral yolunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.
Bölgədə qeyri sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı adiəti qurumlar və idarələr tərəfindən araşdırılır.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp