“Əl-Şəbab” terror qruplaşması Afrika İttifaqının Keçid Missiyasının Somalidəki hərbi bazasına hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Uqanda Prezidenti Yoveri Museveni məlumat verib.
Məlumata görə, mayın 26-da terrorçuların bazaya etdiyi hücum nəticəsində 54 Uqanda əsgəri həlak olub.
“Mən parlament üzvlərinə Somalidəki insidentlə bağlı məlumat verdim. Əsgərlərimiz yenidən qruplaşıblar, nəticədə baza geri alınıb. Biz komandir də daxil olmaqla, həlak olan 54 əsgərin meyitini aşkar etmişik”, - prezident bildirib.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video