Ukrayna ordusu Svatovo istiqamətində 400 metr irəliləyiblər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, ruslar xüsusi düşərgələrdə hücum əməliyyatları üçün hazırlanmış məhbuslardan ibarət “Storm Z” dəstələri ilə qruplaşmalarını gücləndirərək, Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeyevka, Beloqorovka, Spornoye ərazilərində Ukrayna qoşunlarının müdafiəsini yarmaq və hücuma keçmək hücum əməliyyatlarına başlayıb:
“Bu ərazilərdə sutka boyu döyüşlər gedir. Amma hətta düşmənin say üstünlüyü belə onun köməyinə çatmır. Ukrayna ordusunun 92-ci əlahiddə mexanikləşdirilmiş briqadasının döyüşçüləri düşmənin Svatovo istiqamətində hücumunun qarşısını kəsərək onu 400 metr geri çəkilməyə məcbur edib”.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video