İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.
Kult.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edib.
Açılış mərasimində iştirak edən qaziləri, ustad Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” sözləri ilə salamlayan Q.Paşayeva bütün iştirakçılara, özəlliklə kitabları sərgilənən müəlliflərə uğurlar arzulayıb.
Q.Paşayeva festivalın Ümummilli lider Heydər Əliyevin əlamətdar yubileyinə ad edilməsini, ümumən festivalın adını, məram-məqsədini çox anlamlı hesab etdiyini bildirib. O, Mədəniyyət Komitəsinin məmnuniyyətlə dəstək verdiyi festivalın ortaq türk qurumlarının da təşkilati dəstəyi ilə keçirilməsinin türk dünyası ədəbiyyatçıları, yazarlar və naşirlər üçün önəm daşıdığını, yaxşı işbirliyi ortamı yaratdığını söyləyib.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər