Finlandiyalı iş adamı Andres Viklof saatda 50 kilometrlik sürət həddi təyin olunan yolda avtomobili ilə 82 km/saatla hərəkət etdiyi üçün təxminən 121 min avro cərimə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Finlandiyanın “Nya Aaland” nəşri məlumat yayıb.
Bildirilib ki, bu kimi cərimələr xətanı törətmiş şəxsin gəlirinə görə müəyyən edildiyi üçün Viklofa böyük məbləğdə cərimə yazılıb.
Finlandiyanın Aaland adalarına yaşayan Viklof məsələ ilə bağlı açıqlamasında törətdiyi əmələ görə çox peşman olduğunu bildirib.
O, bundan öncə də yol hərəkəti qaydasının pozulmasına görə yüksək məbləğdə cərimə ödəmək məcburiyyətində qalmışdı.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər