Ukrayna Prezidenti Vladimir Zelenski Kaxovka Su Elektrik Stansiyasındakı (SES) partlayışa görə təcili iclas çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov məlumat verib.
“Vladimir Zelenski Kaxovka su anbarının bəndinin partlaması ilə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib”, - Danilov qeyd edib.
Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər