Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.
BUTA.TV xəbər verir ki, sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb.
Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu