İsveç Ali Məhkəməsi PKK terrorçusunu Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.
“Ali Məhkəmə PKK terrorçusunun ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir”, - məlumatda deyilib.
Qeyd edək ki, ekstradisiya ediləcək şəxs 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişidir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.
- Növbəti 2 gün hava necə olacaq?
- “Evini hissə-hissə al” modeli ilə Biləcəridə mənzil sahibi ol
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü