Bu gün Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçilməsi ilə bağlı səsvermə keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şərtlərə görə, yeni sədrin seçilməsi üçün seçkinin ilk iki turunda 400 səs lazımdır. Əgər bu səsi qazanan olmasa, 3-cü turda adi səs çoxluğu ilə sədr seçiləcək.
AKP və MHP tərəfindən sədrliyə Numan Qurtulmuşun namizədliyi irəli sürülüb. Parlamentdəki CHP qrupu Təkin Bingölü, İYİ Partiyası isə Cihan Paçaçını namizəd kimi göstərib.
Seçki saat 14:00-da (Bakı vaxtı ilə 15:00) keçiriləcək. Səsvermə gizli olacaq.
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi
- Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı...
- Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır