Kaxovka su elektrik stansiyasının bəndi dağıdılandan sonra Zaporojye AES-in ehtiyaclarını ödəmək üçün su çatışmazlığı ilə bağlı vəziyyət tezliklə kritik həddə çatacaq.
BUTA.TV xəbər verir ki, bu barədə MAQATE-nin direktoru Rafael Qrossi danışıb.
"Şübhəsiz ki, təhlükə var. Bəlkə bir neçə həftə və ya bir ay sonra, amma bir şey etmək lazımdır. Çaxnaşma yaratmaq istəmirik, amma bu, ciddi bir vəziyyətdir. Tipik olaraq, reaktorlarda dövriyyədə olan suyun zəmanətli miqdarı tələb olunur. Əgər onu itirməyə başlasanız, probleminiz olacaq. Problem bir neçə gün və ya həftə gecikə bilər, lakin problem orada olacaq", - Qrossi vurğulayıb.
Qeyd edək ki, ötən gün ruslar Kaxovka SES-in bəndini partladıblar.
Bu, Avropada son illərin ən böyük texnogen fəlakəti sayılır.
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi
- Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı...
- Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır