İşğal altında olan Zaporojye AES-də vəziyyət nəzarət altındadır, radiasiya fonu sabitdir. Çənlər normal texniki səviyyəyə qədər doldurulur.
BUTA.TV xəbər verir ki, bu barədə Zaporojyenin hərbi rəhbərliyinin məlumatında bildirilib.
Məlumata görə, mütəxəssislər zavodun təhlükəsizliyini təmin etmək üçün AES işçilərinin necə hərəkət etməli olduğuna dair tədbirlərin siyahısı və müvafiq təlimatlar hazırlayıblar.
“Zaporojye vilayətinin sakinlərini sakit olmağa və yalnız təsdiqlənmiş məlumatlara etibar etməyə çağırırıq", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün ruslar Kaxovka SES-in bəndini partladıblar.
Bu, Avropada son illərin ən böyük texnogen fəlakəti sayılır.
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi
- Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı...
- Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır