Şimali Koreya lideri Kim Çen İn ölkə xalqına intihar etməyi qadağan edib və bunu sosializmə xəyanətlə eyniləşdirib.
BUTA.TV “Mirror” nəşrinə istinadən xəbər verir ki, KXDR lideri intiharı qadağan edən mexanizmlərin işlənib hazırlanmasını tapşırıb.
Bildirilib ki, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.
"Şimali Koreyada insanların ağır həyatı səbəbindən çoxlu daxili narahatlıqlar var", - məlumatda deyilir.
Qeyd edilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi
- Ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı...
- Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır