Ukrayna NATO sammitində üzvlük zəmanəti və keçid üçün təminat almazsa, alyansa üzv ölkələr Ukraynaya qoşun göndərə bilər.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
O bildirib ki, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüyü ilə bağlı addımlar ata və ya onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr fərdi şəkildə hərəkətə keçə bilər:
“Polşa Ukraynaya konkret yardım göstərməkdə yaxından iştirak edir. İstisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha çox iş görəcək, onun ardınca Baltikyanı ölkələr də. Ola bilsin ki, Ukraynaya qoşun da göndərilsin. Ukrayna Vilnüsdə heç nə əldə etməsə, Polşa koalisiya yaratmaq barədə ciddi düşünəcək. Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olardı”.
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi