Azərbaycanın milli çayçılıq ənənələrini dəstəkləyən doğma “Azerçay”, Lənkəranda çay festivalı təşkil edib.
Adıçəkilən milli marka ölkəmizdə çayın məskəni olan cənub bölgəsinin sakinlərinə 4-6 iyun tarixlərində əsl bayram ab-havası yaşadıb. Festivalın keçirilməsində məqsədlərdən biri də, 1938-ci ildən ölkəmizin kənd təsərrüfatında önəmli yeri olan və minlərlə fermerin məşğulluğunu təmin edən sahəyə diqqət çəkmək olub. Lənkəran şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev parkında yüksək səviyyədə təşkil edilən konsert proqramı və müxtəlif əyləncələr festival iştirakçılarının böyük marağına səbəb olub.
Çay festivalında nərd yarışı, dama yarışı, şahmat yarışı, milli mətbəx, rəsm, üz boyama və xına guşələrində iştirakçılar əyləncəli vaxt keçiriblər. Bununla yanaşı festivalda “Azerçay” ziyarətçiləri çaya qonaq edib. Sakinlərə “Azerçay” markasının təbii çay çeşidləri olan Buket, Pekoe, Klassik, Kəkliotulu təqdim edilib və çay mədəniyyəti barədə faydalı məlumatlar paylaşılaraq maraqlı viktorinalar təşkil edilib.
Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı və digər məsul şəxslər iştirak ediblər.
Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən və 3 gün davam edən festivalda minlərlə qonaq doğma “Azerçay”dan dadaraq məşhur müğənnilərdən Rübail Əzimov, “Jafarlinsky Band”, əməkdar artist Ədalət Şükürov, “DJ Elax”, “Nənələr qrupu” və müxtəlif rəqs qruplarının çıxışlarını izləyərək xoş anlar yaşayıb.
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video