Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüblər.
Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib.
Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video