Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.
Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.
Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?