İstanbulun Fateh ilçəsində yerləşən Katip Kasım Məhəlləsindəki bazar ərazisində naməlum şəxs ətrafa atəş açıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, bazarda çalışan Bəşir.K. və Harun.K. həmin şəxslə naməlum səbəbdən mübahisə etməyə başlayıb.
Bundan sonra ərazini tərk edib, axşam saatlarında oraya qayıdan şübhəli üzərindəki silahla adıçəkilənlərə atəş açıb və nəticədə qarşılıqlı atışma yaşanıb.
Atışmada ağır yaralanan Bəşir.K. və Harun.K. aparıldıqları xəstəxanada həyatlarını itiriblər.
Bundan əlavə, atışma zamanı 4 nəfərin də yaralandığı bildirilib.
Məlumata görə, polisin axtarışları nəticəsində hadisəni törədən şəxs yaxalanıb.
Olayla bağlı araşdırma aparılır.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?