Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?