“Sabah” və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilmiş xeyriyyə matçından əldə olunmuş vəsait bəlli olub.
BUTA.TV “Sabah”ın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.
Məbləğ ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.
Bu, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş 3:3 hesabı ilə yekunlaşıb.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?