Naxçıvan Muxtar Respublikası ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunub və bundan sonra antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda keçirilən konfransda bildirilib. Tədbirdə 200-dən çox tibb işçisi və əczaxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov diqqətə çatdırıb ki, muxtar respublikada reseptsiz antibiotik satışına nəzarətin daha da artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7 iyun 2023-cü il tarixli kollegiya qərarı qəbul edilib.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?