Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir. Vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?