Ukrayna Prezidenti Vladimir Zelenski bu gün jurnalistlərlə söhbətində Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, Zelenski hücum istiqamətləri və hərbi əməliyyatların hansı mərhələdə olması haqda isə danışmayıb.
“Ukrayna hərbçiləri pozitivə köklənib. Rusiya Teleqram kanallarına, xüsusilə Putinə inanmayın!” – o bildirib.
Qeyd edək ki, ötən gün Rusiya lideri Putin Ukrayna ordusunun hücuma başladığını, lakin heç bir istiqamətdə qarşıya qoyulan hədəfə nail olmadığını, ciddi itkilər verdiyini açıqlamışdı.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?