Ruslar gözlənildiyindən də yaxşı mübarizə aparırlar. Qərb tankları və zirehli transportyorları xidmətə çıxan kimi Kiyevin tezliklə qalib gələcəyini kim gözləyirdisə, yanıldı.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti bildirib.
“Velikaya Novoselka (Donetsk vilayəti) və Orexov şəhəri (Zaporojye vilayəti) yaxınlığında həyata keçirilən hücumlar yaşayış məntəqələrinin azad edilməsi ilə nəticələnmədi. Hücumlar Rusiya ordusunun müdafiə xəttini necə təşkil etdiyini yoxlamaq məqsədi daşıyır. Bundan əlavə, əks-hücumun real istiqamətini gizlətmək üçün həyata keçirilən əməliyyatlar təxribat xarakterli də ola bilər.
İlk hücumlar göstərir ki, bəzi ukraynalı siyasətçilərin danışdıqları “ilin sonuna qədər qələbə”ni gözləməyə dəyməz.
Üstəlik, Ukrayna Silahlı Qüvvələri, göründüyü kimi, yeni bölmələrin iştirakı ilə kütləvi hücum həyata keçirməyəcək, əksinə, onları cəbhənin müxtəlif sahələrinə paylayacaq.
Rusiya indi qurudan yeni hücumlar həyata keçirməyə hazır deyil, lakin son 15 ay ərzində Rusiya Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə dünyanın ən böyük müdafiə strukturu sistemini inşa edib”, - məqalədə qeyd edilib.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?