Naxçıvana gedən rabitə yollarına Ermənistan ərazisində Rusiya Federasiyası FTX-nin sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılıq əldə olunmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.
“Üçtərəfli İşçi Qrupunun müzakirələrində, o cümlədən sonuncu görüşdə belə bir razılaşma olmayıb. Ermənistanın mövqeyi belədir ki, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsasən baxılan marşrutlar ərazisindən keçən ölkənin suverenliyi altında olmalıdır”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev “Baku-Moskva” nəşrinə açıqlamasında Zəngəzurdan keçən yolun Rusiya FTX-nin nəzarəti altında olacağını bildirib. Bu, əslində Azərbaycanın mövqeyi deyil, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu bəndin tələbindən imtina edir.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?