Ukrayna ordusu əks-hücumun ilkin mərhələsinin keçirildiyi Zaporojye vilayətində taktiki uğurlar əldə edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu cəbhənin azı 10 istiqamətində əks-hücum əməliyyatları aparıb:
“Xüsusi aktivlik Luqansk vilayətinin Beloqorovka istiqamətində Baxmut rayonunda, Donetsk və Zaporojye vilayətlərinin sərhədindəki Bolşoy Novoselka, Zaporojye vilayətinin Orexovo rayonunda qeydə alınıb. Ukrayna ordusu Orexovodan cənub-qərb və cənub-şərq istiqamətinə taktiki irəliləyişlər əldə edib. Ukraynanın bu uğurlarını rusiyalı hərbi jurnalistlər də təsdiq edir”, - məlumatda qeyd olunub.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?