"Fənərbağça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.
BUTA.TV xəbər verir ki, İzmirdə keçirilən oyun "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.
Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb. Komanda Kuboku son dəfə 10 il əvvəl - 2012/13 mövsümündə qazanmışdı.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video