Göygöl rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4 700 manat olan mühərrik və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.
Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.
Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video