Binəqədi Rayon Məhkəməsi Ədalət Verdiyevin iddiası əsasında jurnalist Rahib Qəribin (Rahib Mirzəkərim oğlu Qəribov) ötən ilin sentyabr özünün Feysbuk səhifəsində hərbi ekspertlərlə bağlı etdiyi paylaşıma görə təkzib verməsi və üzr istəməsi haqqında qərar çıxarıb.
BUTA.TV xəbər verir ki, hakim Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən iclasda hərbi ekspert Ədalət Verdiyevin iddiası qismən təmin olunub.
Rahib Qərib özünün Feysbuk səhifəsində məhkəmə qərarını yerinə yetirərək üzr istəyib.
Məhkəmə Ədalət Verdiyevin Rahib Qəribdən 5000 manat mənəvi təzminat alınması və YAŞAT fonduna köçürülməsi tələbəni qəbul etməyib.
Ədalət Verdiyev bununla bağlı apelyasiya şikayəti verəcəyini bildirib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video