“Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva müharibədən bir il üç ay keçdikdən sonra rus ordusunun Rusiyanı qoruya bilmədiyini etiraf edib. O, ölkəyə Çin əsgərlərinin gəlməsini istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə aparıcı “60 dəqiqə” siyasi tok-şousunda deyib.
“Milyonlarla Çin əsgəri hazırda ehtiyac duyduğumuz amildir. Lazım olan budur. Niyə də yox? Ah, Belqorod vilayətinə baxıram və düşünürəm ki, bizim Çin ordusuna necə də ehtiyacımız var!” - o bildirib.
Xatırladaq ki, Skabeyeva müharibənin əvvəlində rus ordusunun üç gün ərzində Kiyevi ələ keçirəcəyini demişdi.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video