Gürcüstanın Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
BUTA.TV xəbər verir ki, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video