Qərb bölgəsində güclü küləklə müşahidə olunan leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində güclü külək bəzi ərazilərdə fəsadlar yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hava şəraiti səbəbindən avtomobil yollarında da nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Yağış suları əkin sahələrinə dolub, təsərrüfata ziyan vurub.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir. Güclü ildırım çaxır.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video