Ermənistan ordusunun "Laçın" sərhəd-buraxılış məntəqəsində hərbçilərimizi atəşə tutmasının görüntüləri yayımlanıb.
BUTA.TV xəbər verir ki, Teleqram kanallarında yayılan görüntülərdə azərbaycanlı sərhədçilərinin körpünün əks istiqamətində Azərbaycanın dövlət bayrağını taxdığı açıq şəkildə görünür. Özü də bu, rusiyalı sülhməramlılarının çüşayiəti ilə edilir.
Elə bu zaman ermənilər sərhədçilərimizə və rus sülhməramlılarına atəş açır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Ermənistan arasında bu məntəqədə şərti sərhəd Həkəri çayının məcrasından yox, çayın sağ sahilindən 25-35 metr qərbdə keçir. Bu da onu göstərir ki, sərhədçilərimizin bayraq taxması qanuni ərazimizdə baş tutub. Ona görə də Rusiya hərbçiləri buna mane olmayıblar.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video