Bizim illərdir ki, Avropada təcrübəmiz var, bu cür komandalarla oynayırıq. Elə ən çətin matçlarımız da belə komandalara qarşı olur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına rəqib olmaları barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis rəqibin öz ölkəsinin çempionu olduğunu xatırladıb: "Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. Bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik".
Onun sözlərinə görə, müasir futbol tam dəyişib və bütün ölkələr, komandalar oynamağı bacarırlar:
"Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvəllər də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır
- Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxundu
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi