İyunun 20-dən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə təsir göstərib.
BUTA.TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
"AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək. Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib. Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.
Uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır. AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərib səbirli olmağa çağırır", - aviaşirkət bəyan edib.
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır
- Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxundu
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi