Rusiyanın hava-desant qoşunlarının 31-ci desant briqadası xeyli itki verərək geri çəkilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Birinci müdafiə xəttinə keçid zamanı çoxlu Rusiya hərbçiləri xeyli itki verib. Yaralı rus desantları helikopterlərlə Rostova daşınıb. Rostovdakı xəstəxanalar dolu olduğundan yaralıların bəziləri yük maşınları ilə Novoçerkasska aparılıb. Buradakı xəstəxana da doludur”, - məlumatda qeyd olunub.
Bildirilir ki, geri çəkilən briqadanı əvəzləmək üçün 83-cü desant briqadasının bölmələrinə Donetsk vilayətinin Klişiyevka rayonuna irəliləmək tapşırılıb.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır