Ağdamın əvvəllər necə gözəl şəhər olduğu barədə oxumuşdum, indi isə bura səfər etmişəm, şəhərin viran qoyulduğunu görürəm.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Ağdama səfər edən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının üzvü Mixal Ratiborski deyib.
“Ağdamı belə görmək kədərlidir. Ümid edirəm ki, şəhər tezliklə bərpa olunacaq və bundan sonra yenidən inkişaf edəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti bu gün işğaldan azad olunmuş Ağdama səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri, həmçinin şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır