Polşanın Krakov şəhərində Üçüncü Avropa Oyunlarının təntənəli açılış mərasimi başlayıb.
BUTA.TV xəbər verir ki, “Visla” stadionunda keçirilən mərasimdə ümumilikdə 48 ölkədən 7 minədək idmançı iştirak edir.
Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır