Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlamış genişmiqyaslı müharibənin sülh yolu ilə nizamlanmasına sadiq olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Rusiya sülhün bərqərar olmasında və müharibənin dayandırılmasında maraqlı deyil:
"Kiyevi bombalayan, mülki və enerji infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları vuran Rusiyanın hərəkətlərindən aydın olur ki, onların sülhün bərqərar olmasında və bu müharibənin dayandırılmasında ciddi marağı yoxdur".
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır