Ərdəbil əyalətinin Germi şəhərinin İran parlamentindəki keçmiş millət vəkili Mir Himayət Mirzadə atasının məzarını imamzadaya çevirib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib.
Məlumatda keçmiş millət vəkilinin hakimiyyətdə və dini dairələrdəki əlaqələrindən istifadə edərək, atasının məzarını imamzadaya çevirdiyi, bunun İranın İmamzadalar, Vəqflər və Müqəddəs Məkanlar Təşkilatı tərəfindən təsdiqləndiyi bildirilir.
Mir Himayət Mirzadə isə bu məsələdə heç bir rolu olmadığını və atasının qəbrinin bölgə əhalisinin təşəbbüsü ilə ziyarətgaha çevrildiyini iddia edib.
Qeyd edək ki. 1979-cu ildə mollaların İranda hakimiyyəti ələ keçirmələrindən bu günə kimi ölkədə olan imamzada, ziyarətgah və müqəddəs məkanların sayı 12 dəfə artıb.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı