Prokurorluq orqanlarının əməkdaşları yeni səhra geyim formasına keçib.
BUTA.TV xəbər verir ki, Baş Prokurorluğun rəhbər şəxsləri və əməkdaşları tərəfindən səhra geyim formasından ilk dəfə iyunun 21-də Laçın şəhərinə səfər zamanı istifadə edilib. Prokurorluq işçilərinin yay geyim forması nazik göy rəngli parçadan qış şalvarı formasında hazırlanmış şalvar, ağ rəngli nazik parçadan hazırlanmış qısaqollu üst köynəyindən ibarət olur. Köynəyin döş hissəsində üstdən tikilmiş qapaqlı iki cibi olur.
Ona pencəklər üçün nəzərdə tutulmuş poqonlarla eyni ölçüdə poqon bərkidilir. Poqonun kənarları aşağı kənarı istisna olmaqla 4 mm enində ağ kətan parça ilə haşiyələnir və köynəyə bərkidilən düymədən 5 mm aşağı hissəsinə ortada prokurorluğun emblemi bərkidilir.
Qeyd edək ki, bununla bağlı qanuna müvafiq dəyişiklik bu ilin aprel ayında edilib.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı