AŞPA-da Laçın yoluna həsr olunmuş qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olunmuş qətnamənin müzakirələri zamanı bildirib.
“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi kimi təkcə insan hüquqlarını müdafiə etmək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb. Məruzəçi qətnamədə Dağlıq Qarabağ kəlməsini çıxarmağa etiraz edir. Halbuki, Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və ölkə səviyyəsində dağlıq sözünün çıxarılması haqqında qərar verilib”, - Səməd Seyidov vurğulayıb.
“Burada aparılan söhbətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa girişinə mane olunub”, - o deyib.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı