Ötən il Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 55 faiz artaraq 1 milyard dollar təşkil edib.
BUTA.TV-ın verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
"Böyük Britaniya Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayan strateji tərəfdaşdır. Böyük Britaniya 34 milyarddan çox sərmayə ilə Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 55 faiz artaraq 1 milyard dolları ötüb. Bu dinamika cari ilin ilk beş ayında da davam edir", - deyə nazir bildirib.
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...