BMT-nin Baş katibi Antonio Quterreş Rusiya ordusunu “rüsvayçılıq siyahısı”na daxil edib və 2022-ci ildə Ukraynada 136 uşağın ölümünə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Gələn həftə bununla bağlı hazırlanan sənəd BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndəriləcək. Hesabatda öldürülən və şikəst olan uşaqlar, eləcə də Rusiya ordusunun məktəblərə və xəstəxanalara etdiyi hücumlardan şoka düşən azyaşlılar barədə məlumat var”, - məlumatda bildirilib.
Qeyd edək ki, BTM-nin məlumatına görə, 2022-ci ildə Ukraynada 477 uşaq öldürülüb. 136 uşaq ölümündə Rusiya ordusunun iştirakı sübut edilib, daha 80 uşaq isə Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində həlak olub.
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...