Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı irad bildirib.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
“Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa, cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə öz iradlarımızı bildirmişik ki, bu SMS və yaxud zənglər onların səlahiyyətində deyil”, - deyə o qeyd edib.
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...