Güclü yağış nəticəsində yaranan sel suları Quba-Xınalıq yolunun 36-cı kilometrliyində asfalt örtüyünü yuyub, ərazidə avtomobillərin hərəkəti çətinləşib.
BUTA.TV xəbər verir ki, avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Yol İstismarı” MMC tərəfindən əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb edilib. Yolun sel sularının yuması nəticəsində yarasız vəziyyətə düşən hissəsi bərpa olunub.
Hazırda Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti üçün məhdudiyyət yoxdur. Yolun tam bərpası isə sabah günün ilk yarısında başa çatdırılacaq.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?