Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları başa çatıb.
BUTA.TV xəbər verir ki, yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub. Onlardan İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib.
Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb.
Qeyd edək ki, ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?